“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tenderə dəvət edir

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti nəqliyyat vasitələrinin satın alınması üzrə açıq tenderə dəvət edir.

Tender 1 lot üzrə keçirilir:

Lot-1 – 1 (bir) ədəd sedan və 2 (iki) ədəd offroader/SUV  tipli nəqliyyat vasitələrinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərfdə, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşagıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, iddiaçının maliyyə və texniki imkanları, istehsalçı və ya onun rəsmi dilerinin olması, anoloji müqavilələrin icrasına dair təcrübəsi, təklif etdiyi nəqliyyat vasitələrinə texniki xidmətlərin göstərilməsi, istismara verilən zəmanət müddəti. 

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra aşağıda qeyd olunan hesaba 200 (iki yüz) manat məbləğində iştirak haqqı ödəməklə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z (əlaqələndirici şəxs: Vəliyev Zahid Musa oğlu, Telefon: (+99412) 436-38-35 daxili 238) ünvanından ala bilərlər.

VÖEN: 1701953921

Kapital Bank ASC-nin Mərkəz filialı                              

Filialın kodu: 200026

VÖEN: 9900003611

SWİFT kod: AIIBAZ2X

M/h AZ37NABZ01350100000000001944

“MİDA” MMC

Hesab: AZ18AIIB38030019440029636102

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgödərənləriddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.

  1. Tenderdə iştirak etmək üçün ərizə;
  2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  3. Tender təklifi (tender təklifləri zərflərinin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
  5. Malgödərənlərhaqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

- Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

- Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır).

Digər sənədlər - Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə) - Tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər. 

Malgödərənlər 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 24 iyul 2017-ci il tarixə kimi Tender komissiyasına təqdim etməlidirlər. Malgödərənləröz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 2 avqust 2017-ci il, saat 17.00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri zərfləri 3 avqust 2017-ci il tarixində saat 11.00-da “MİDA” MMC-də açılacaqdır.

 

Tender komissiyası

 

 

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2017