Yasamal Yaşayış Kompleksinin tikintisi ilə əlaqədar keçirilmiş açıq tenderin qalibləri müəyyən olundu

Yasamal Yaşayış Kompleksinin tikintisi ilə əlaqədar 4 lot üzrə keçirilmiş keçirilmiş açıq tenderin qalibləri müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində xaricidairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksinin tikintisi ilə əlaqədar 03 aprel 2017-ci il tarixində 4 lot üzrə keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə “AS Tikinti” MMC, Lot-2 üzrə “Araz İnşaatçı” MMC, Lot-3 üzrə “MƏK-AN” MMC və Lot-4 üzrə “As Texnoservis” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma müqavilələri bağlanılmışdır.      

“MİDA” MMC

 

 

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2017