“Güzəştli mənzil” sisteminin proqram təminatı üçün lisenziyaların satın alınması üzrə keçirilmiş açıq tenderin qalibi müəyyən edildi

İT xidmətlərinin satın alınması üzrə açıq tenderin nəticələri məlum oldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sisteminin proqram təminatı üçün lisenziyaların və İT xidmətlərinin satın alınması üzrə 28 aprel 2017-ci il tarixində keçirilmiş açıq tenderin nəticələrinə əsasən “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti qalib müəyyən edilmiş və müvafiq satınalma müqaviləsi bağlanılmışdır.      

“MİDA” MMC

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2017