Hövsan Yaşayış Kompleksinin tikinti layihə-smeta sənədlərinin hazırlanması üzrə keçirilmiş açıq tenderin qalibi müəyyən olundu

Hövsan qəsəbəsində çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üzrə keçirilmiş açıq tenderin nəticələri bəlli oldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin (mühəndis-geoloji işlər, məhəllənin memarlıq həlli, yaşayış binaları, sahə daxili və sahə xarici mühəndisi xətlər, ətraf mühitə təsirinin qiymətləndirilməsi, məktəb, uşaq bağçası, sosial obyektlər, mühəndis qurğuları və dövlət orqanları ilə razılaşmalar) tikinti layihə-smeta sənədlərinin hazırlanması üzrə keçirilmiş açıq tenderin nəticələrinə əsasən “Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

 

“MİDA” MMC

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2017