TƏLƏB OLUNAN SƏNƏDLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik olan şəxslər tərəfindən
“Güzəştli mənzil” elektron sistemində qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır

 

 

GƏNC AİLƏNİN ÜZVÜ OLAN ŞƏXSLƏR ÜÇÜN

(“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü bəndinə əsasən gənc ailə dedikdə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn nəzərdə tutulur.) 


1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları) tərəfindən təqdim edilməli sənədlər

       - əri/arvadı olduqda:

  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş Şəhid ailəsinin statusu haqqında vəsiqənin notarial qaydada təsdiq olunmuş surəti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.2-ci bəndinə əsasən Şəhid ailəsinin statusu haqqında vəsiqə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir.);
  • Şəhid olmuş ərin/arvadın ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

    - övladları olduqda:

  • Müraciətedənin valideyninin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş Şəhid ailəsinin statusu haqqında vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Şəhid olmuş valideynin ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

1. Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT:  SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları) tərəfindən təqdim edilməli sənədlər

- özü olduqda:

  • “Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

1. Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT:  SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

- əri/arvadı olduqda:

Milli Qəhrəman sağ olduqda:

  • “Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

Milli Qəhrəman vəfat etdikdə:

  • “Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Milli qəhrəmanın ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

- övladları olduqda:

  • “Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olumuş surəti;
  • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

1. Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT:  SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

3. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs tərəfindən təqdim edilməli sənədlər

  • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş, seriya və nömrəsi olan Məcburi köçkün statusu haqqında vəsiqənin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

1. Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT:  SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

4. Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs tərəfindən təqdim edilməli sənədlər

- dövlət qulluğunda qulluq edən şəxs:

  • Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzindən dövlət qulluğunda qulluq müddəti göstərilməklə və hal-hazırda dövlət qulluğunda işləməsinə dair verilən arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur);
  • İş yerindən arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur);
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

1. Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT:  SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

- dövlət qulluğunun xüsusi növündə qulluq edən şəxs:

  • Dövlət qulluğunun xüsusi növündə qulluq müddəti göstərilməklə iş yerindən arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur); 
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

1. Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT:  SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

5. Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs tərəfindən təqdim edilməli sənədlər

  • Dövlət ümumtəhsil məktəbində staj müddəti göstərilməklə iş yerindən arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur);  
  • Əmək kitabçasının təsdiq olunmuş surəti (hər səhifədə "əsli ilə düzdür" yazılmaqla imzalı və möhürlü);
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

1. Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT:  SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

6. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs tərəfindən təqdim edilməli sənədlər

  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş və ya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında nostrifikasiyadan keçmiş diplomun notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

1. Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT:  SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

7. İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) tərəfindən təqdim edilməli sənədlər

  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən müraciətedənin idman sahəsində xüsusi xidmətlərini əks etdirən arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur);  
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

1. Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti. 

DİQQƏT:  SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

 

AİLƏ VƏZİYYƏTİNDƏN VƏ YAŞINDAN ASILI OLMAYARAQ DİGƏR ŞƏXSLƏR ÜÇÜN

 

1. Elmlər doktoru elmi dərəcəsi olan şəxs tərəfindən təqdim edilməli sənədlər

  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş və ya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında nostrifikasiyadan keçmiş diplomun notarial qaydada təsdiq olunmuş surəti (Elmlər doktoru diplomu keçmiş SSRİ dövründə verildiyi halda – həmin diplomun notarial qaydada təsdiq olunmuş surəti);
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedən evli olduqda – müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedən evli olduqda – müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedən evli olmadıqda – müraciətedənin ailə vəziyyətinə dair arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur).

QEYD:

1. SSRİ dövründə verilmiş elmlər doktoru diplomu rus dilində olduqda – həmin diplomun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. 
Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
3. Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT:  SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

2. Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs tərəfindən təqdim edilməli sənədlər

  • Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzindən dövlət qulluğunda qulluq müddəti göstərilməklə və hal-hazırda dövlət qulluğunda işləməsinə dair verilən arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur);   
  • İş yerindən arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur);  
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedən evli olduqda – müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedən evli olduqda – müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedən evli olmadıqda – müraciətedənin ailə vəziyyətinə dair arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur).

QEYD:

1. Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT:  SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

3. Ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla) tərəfindən təqdim edilməli sənədlər 

- ən azı 3 il hərbi xidmətdə olan Azərbaycan Respublikasının hərbi qulluqçuları:

  • İş yerindən hərbi xidmətdə qulluq müddəti göstərilməklə verilən arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur);   
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedən evli olduqda – müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedən evli olduqda – müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedən evli olmadıqda – müraciətedənin ailə vəziyyətinə dair arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur).

QEYD:

1. Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT:  SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

 - ən azı 3 il xidmətdə olub ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları:

  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətkeçmə müddəti və tərxis olunma maddəsi göstərilməklə verilmiş hərbi xidmətkeçmə haqqında arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur);   
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedən evli olduqda – müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedən evli olduqda – müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedən evli olmadıqda – müraciətedənin ailə vəziyyətinə dair arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur).

QEYD:

1. Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT:  SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

4. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs tərəfindən təqdim edilməli sənədlər

  • Daxili işlər orqanında xidmət keçmə müddəti və xüsusi rütbəsi göstərilməklə iş yerindən verilən arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur);   
  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;
  • Müraciətedən evli olduqda – müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;
  • Müraciətedən evli olduqda – müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Müraciətedən evli olmadıqda – müraciətedənin ailə vəziyyətinə dair arayışın notarial qaydada təsdiq olunmuş surəti (sənəd elektron sistem vasitəsilə deyil, "ASAN xidmət" mərkəzində təqdim edildikdə əsli tələb olunur).

QEYD:

1. Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT:  SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2017